Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu aprelin 21-də davam edir.
Forumda ölkəmizin görkəmli mədəniyyət, incəsənət xadimləri ilə yanaşı, xarici ölkələrdən gəlmiş qonaqlar da iştirak edirlər.
Forumun ikinci günündə növbəti panel müzakirələr keçirilib.
Günün ilk, ümumilikdə isə üçüncü paneldə "Kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələr nəzərə alınmalıdır?", "Tamaşaçının yerli filmlərə marağının artırılması necə tənzimlənməli?", "Azərbaycanfilm" kinostudiyasının 100 illik tarixi və gələcək perspektivləri" mövzularında müzakirələr aparılıb.
Kino Forumuna bu gün yekun vurulacaq.