11-15 iyun tarixlərində II Bişkek Beynəlxalq Kinofestivalı keçirilir. Bu il festival Qara-Qırğız Muxtar Vilayətinin yaranmasının 100 illiyinə həsr olunub. 1936-cı ildə muxtariyyətin əsasında Qırğızıstan SSR – indiki respublika yaranıb.
Bişkekdəki Toktoqul Satılqanov adına Milli Filarmoniyada keçirilən açılış tədbirində Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov, digər rəsmilər, MDB və digər ölkələri təmsil edən kino xadimləri iştirak ediblər.
Edil Baysalov bildirib ki, festival ənənəyə çevriləcək. Festivalın müsabiqə proqramında 30-dan çox filmin göstərilməsi nəzərdə tutulub. Tədbirlər sırasına ustad dərsləri, mükafat fondu olan pitçinqin təşkili, “retrospektiv” nümayiş, panel diskussiyaları da daxildir.