FƏALİYYƏT

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyəti haqqında məlumat

2012-ci ilin iyul ayından başlayaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətisəkkiz iclas keçirib. İdarə heyətinin iclaslarında bir sıra vacib sənədlər hazırlanıb və qəbul olunub. İclasprosesində ittifaqa üzvlərin qəbulu haqqında, kinematoqrafçıların sosial-yardım fondu haqqında əsasnamələr qəbul olunub. Bundan başqa iclaslarda ittifaqın üzvlüyünə qəbul və gənc kinematoqrafçılarla iş komissiyaları yaradılıb. 2012-ci il ərzində ittifaqa 139 nəfər üzv qəbul olunub.

2 Avqust Milli kino günü münasibətilə keçirilən iclasda Milli Kino mükafatı təsis olunub. İlk dəfə Milli Kinomükafatı Azərbaycan kinosuna verdiyi töhfələrə görə xalq artisti Yaşar Nuriyə verilib. Milli Kino günü ilə əlaqədar olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı xüsusi fərqlənmiş bir qrup kinematoqrafçıya fəxri adların verilməsi üçün, vəsadət qaldırıb və kino veteranlarına pul mükafatı təqdim olunub.

Sentyabrın 1-də “Nizami” kino mərkəzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən “Gənc kinematoqrafçıların problemləri və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə gənc kinematoqrafçılar fəal iştirak ediblər.

Oktyabr ayı ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının gənclərlə iş komissiyası fəal işləyib. “Nizami ” kino mərkəzində  kinorejissorlar Fariz Əhmədov və Elməddin Alıyevin yeni filmlərinin təqdimatı olub. Dövlət Film Fondunda  kinorejissorlar Murad  Muradov və Rodion İsmayılovla görüş keçirilib.

2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Yeni nəfəs” adlı qısametrajlı filmlərin ssenari müsabiqəsini elan edib. Bu müsabiqədə yaşı 35-ə qədər olan gənclər iştirak edə bilərlər. Müsabiqənin nəticələri 2013-cü ilin fevral ayında elan olunub. 2012-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri “Kinoşok” beynəlxalq kinofestivalında iştirak ediblər.

2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının rəhbərliyi Minsk şəhərində Belarus Respublikasının Kinematoqrafçılar İttifaqının yaranmasının 50 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib. Həmin ayda  Azərbaycan  Respublikası Kinematoqrafçılar İttifaqı “Start” beynəlxalq gənclər kinofestivalının işində fəal işritar edib. Bu festival “Cinema” gənc kinematoqrafçılar mərkəzi tərəfindən keçirilib. Festivalın münsiflər heyətinin rəhbəri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova seçilib.

2012-ci il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı  Azərbaycan Dövlət Film Fondu ilə birgə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xalq artistləri Hacıbaba Bağırovun, Emin Sabitoğlunun, Əməkdar incəsənət xadimləri Hüseyn Seyidzadənin, Rüfət Şabanovun, Əlihüseyn Hüseynovun, Arif Nərimanbəyovun yubileylərinə həsr olunmuş xatirə gecələri keçirib.

2013-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dörd iclası keçirilib.

2013-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan  Dövlət  Film Fondu ilə  birgə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xalq artistləri Hüseynağa Sadıqovun, Əliağa Ağayevin, Muxtar Dadaşovun, Şahmar Ələkbərovun, Əməkdar artist Münəvvər Kələntərlinin, Əməkdar İncəsənət xadimləri Arif Babayevin, Ələkbər Muradovun yubileylərinə həsr olunmuş xatirə gecələri keçirib. 2013-cü ilin 6 may tarixində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycanfilm Kinostudiyası, Nizami kino mərkəzi, Azərbaycan Dövlət Film Fondu Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ümumilli Lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda elmi-nəzəri konfrans keçirib.

2013-cü ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin təqdimatı ilə kinorejissor Şamil Əliyevin “Çölçü” filminə “Humay” mükafatı verilib.

2013-cü ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin təqdimatı ilə ittifaqın üzvü gənc aktrisa Güntəkin Mehdiyevaya Gənclər  mükafatı verilib.

2013-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının qərarı ilə adları aşağıda qeyd olunan  ittifaqın  veteranlarına 300 (üç yüz) manat məbləğində maddi yardım göstərilib. Hafiz Nurəddin oğlu Fətullayev, Şahin Zavid oğlu Qalabəyov, Pərviz  Əsəd oğlu Quliyev , Miroslava İvanova İsgəndərova, Arif Əbdül oğlu Qasımov, Vaqif Sadıq oğlu Bağırov, Rafiq Hüseyn oğly Yuzbaşı, Tamilla Muxtar qızı Muxtarova , Natalya Borisovna Şneyyer, Tamara Petrovna Nərimanbəyova, Kamal Mirhəbib oğlu Seyidov, Faiq Məmmədəli oğlu Əliyev, Əliqulu Qüdrət oğlu Səmədov, Rimma Aliyevna Abdullayeva, Yavər Maarif oğlu Rzayev, Ədalət Məmməd oğlu Yunusov, Elman Əliverdi oğlu Əliyev.

 2013-cü ildə Azərbaycan  Respublikası  Kinematoqrafçılar İttifaqının qərarı ilə Milli Kino Mükafatı Xalq artisti Ələddin Abbasova təqdim olunub. 2013-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 52 nəfər üzv qəbul olunub. 2013-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri Xalq artistləri Yaşar Nuri, Səyavuş Aslan, Əməkdar İncəsənət xadimi Ələkbər Muradov, Əməkdar mədəniyyət işçisi Marat İsgəndərov vəfat etmişlər. 2014-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dörd iclası keçirilib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqa 7 nəfər üzv qəbul olunub.

2014-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycan Dövlət Film Fondu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xalq artistləri Həsən Məmmədov, Tofiq Tağızadə, Lütfəli Abdullayev, Ağahüseyn Cavadov, Əjdər İbrahimov, xalq rəssamı Məmmədağa Hüseynov, kinorejissorlar Kamil Rüstəmbəyov, Niyazi Bədəlov, kinooperator Xan Babayevin yubileylərinə həsr olunmuş xatirə gecələri keçirib. 2014-cü ilin 8 may tarixində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Dövlət Film fondu, Azərbaycanfilm Kinostudiyası, Nizami kino mərkəzi ilə birgə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda elmi-nəzəri konfrans keçirib. 2014-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı müxtəlif tədbirlərdə fəal iştirak edib. 2013 –cü ildən başlayaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Azərbaycan ailəsi” festivalının işində fəal iştirak edir. İttifaqımızın sədri Şəfiqə Məmmədova, icra katibi Cəmil Quliyev, ittifaqımızın üzvləri Ənvər Əbluç, Amin Novruzov, Natiq Rəsulzadə “Azərbaycan ailəsi” festivalının münsiflər heyətinin sədri və üzvləri seçiliblər. Bu festival Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilir. 2014-cü ildə ittifaqımız Belarus Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə Bakıda Belarusiya kino günləri keçirib. 2014-cü ilin iyul ayında Bakı-muzey mərkəzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Dövlət Film Fondu, Azərbaycanfilm kinostudiyası , Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm 90” adlı fotosərgi keçirib.

2014-cü ildə  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının qərarı ilə Milli Kino Mükafatı Azərbaycan kinosuna verdiyi töhfələrə görə xalq rəssamı Rafiz İsmayılova təqdim olunub. 2014-cü ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının adları aşağıda qeyd olunan yubiliyarları və veteranlarına 300(üç yüz) manat məbləğində pul mükafatı verilib. Nəriman Səttar oğlu Şıxəliyev (80 illik yubiley), Zemfira Emin qızı Sadıqova (75 illik yubiley), Elman Əliverdi oğlu Əliyev (70 illik yubiley), Faiq Məmmədəli oğlu Əliyev (70 illik yubiley), Hafiz ,Nurəddin oğlu Fətullayev (70 illik yubiley), Vaqif Sadıq oğlu Bağırov (65 illik yubiley), Lidiya İvanovna Şarkovnina (veteran), Natalya Borisovna Sneyyer (veteran), Kamal Mirhəbib oğlu Seyidov (veteran), Rimma Aliyevna Abdullayeva (veteran), Nuriyyə Məmməd qızı Əhmədli (veteran), Arif Əbdül oğlu Qasımov (veteran). 2014-cü il 16 aprel tarixində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının qərarı ilə Azərbaycanın Xalq artisti Tofiq İsmayılovun 75 illik yubileyi keçirilib. Tədbir Dövlət Muğam Mərkəzində  təşkil olunub. 2014-cü il 7 may tarixində Qələbə günü münasibətilə Azərbaycan  Respublikası Kinematoqrafçılar İttifaqı və “Nərimanfilm”kinostudiyası veteranlar Lidiya İvanovna Şarkovkina, Miroslava İvanovna İsgəndərova, Hafiz Nurəddin oğlu Fətullayevə 200 (iki yüz) manat məbləğində maddi yardım verib.

İttifaqımızın veteranı kino aktyor Arif Əbdül oğlu Qasımova müalicəsini davam etdirmək üçün 800 (səkkiz yüz) manat məbləğində yardım verilib.

2014-cü ildə Azərbaycan  Respublikası Kinematoqrafçılar İttifaqının təqtimatı ilə kinorejissorlar Elməddin Alıyev və Xəyyam Abdullayevin “Məryəm” filminə “Humay” mükafatı verilib.

2014-cü ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin təqdimatı ilə ittifaqın üzvləri rejissor Röyal Əliyev və operator  Ceyhun Quliyevə Gənclər mükafatı verilib.

2015-ci il ərzində Azərbyacan Respublikası Kinematoqrafçılar ittifaqının İdarə heyətinin dörd iclası keçirlib. 2015-ci il ərzində ittifaqa 11 nəfər üzv qəbul olunub. İl ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar ittifaqının üzvləri Xalq artisti Nuriyyə Əhmədli, Əməkdar artist Tanilya Əhmərova, Əməkdar mədəniyyət işçisi Faiq Əliyev, kinorejissorlar Nicat Feyzullayev, Hafiz Fətullayev, Səs operatoru Firudin Hüseynov vəfat etmişlər.

2015-ci il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Əməkdar İncəsənət xadimi Aydın Kazımzadənin 75, Əməkdar Mədəniyyət işçisi  Lidiya Şarkovkinanın 80 illik yubileylərini keçirib. 2015-ci il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Azərbaycan filmləri İran İslam Respublikasının “Qəcr” Beynəlxalq Festivalına, Belarus Respublikasının “Listopad” festivalına, Ukraynanın “Letopis” Festivalına müsabiqədə iştirak etmək üçün göndərilib. 2015-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təqdimatı ilə kinorejissor Elçin Musaoğlunun “Nabat” filminə “Humay” mükafatı verilib.

2015-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının qərarı ilə  Milli Kino Mükafatı Azərbaycan kinosuna verdiyi töhfələrə görə və 75 illik yubileyi münasibəti ilə Xalq rəssamı Mais Ağabəyova təqdim olunub.

2015-ci il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının köməyi ilə  ittiqafımızın üzvləri Arif Quliyev, Şamil Əliyev öz tibbi müalicələrini davam etdirmişlər. Təşkilatımızın müraciəti əsasında Heydər Əliyev Fondunun köməyi və maliyyə dəstəyi ilə kinorejissor Şamil Əliyev müalicə olunmuşdur. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin qərarı ilə 2 avqust Milli Kino günü münasibətilə Xalq artistləri Vasif Babayev, Zərnigar Ağakişiyeva, Nuriyyə Əhmədli, Əməkdar artist Tanilə Əhmərova, Əməkdar Mədəniyyət işçiləri Akif Rüstəmov, Validə Abdullayeva, Arif Səfərov, İsrafil Ağazadə və aktyor Arif Qasımova yubileyləri ilə əlaqədar 500 (beş yüz) hər birinə mükafat verilib. Həmin qərarla 2 avqust Milli Kino günü münasibəti ilə ittifaqımızın veteranları  Əməkdar Mədəniyyət işçiləri Nəriman Şıxəliyev, Elman Əliyev, Rafiq Yuzbaşı, Vaqif Bağırov, Şahin Qalabəyov,  Pərviz Quliyev, Natalya Şneyyer, Kamal Seyidov,  Lidiya Şarkovkina,  Miroslava İsgəndərova, Rafiqə Budaqlı, Əməkdar İncəsənət xadimləri  Oqtay Babazadə,  Ənvər Əbluç, inzibatçı Ədalət Yunusov, mühəndis Sabir Vəliyevə 300 (üç yüz) manat hər birinə mükafat verilib.

 

 2016-cı il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yeddi iclası keçirilib. İttifaqa dörd nəfər üzv qəbul olunub. İl ərzində ittifaqımızın üzvləri Xalq artisti Tofiq İsmayılov, Əməkdar İncəsənət xadimi Fikrət Əliyev, aktyor Arif Qasımov, kinorejissor Rafiq Yüzbaşı vəfat etmişlər. 2016-cı il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Dövlət Film Fondu, “Azərbaycanfilm” kinostudiyası ilə birgə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın görkəmli kino xadimləri Ceyhun Mirzəyevin, Həbib İsmayılovun, Tariyel Vəliyevin, Cəbrayıl Əzimovun və başqalarının yubileylərinə həsr olunmuş xatirə gecələri keçirib. 2016-cı ilin 6 may tarixində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Dövlət Film Fondu, Azərbaycanfilm kinostudiyası, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan kinosu”  mövzusunda konfrans keçirib. 2016-cı ilin iyul ayında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2-ci “Yeni Nəfəs” ssenari müsabiqəsinin keçirilməsinə başlayıb.

 

 2016-cı ildə Azərbaycan  Respublikası  Kinematoqrafçılar İttifaqının qərarı ilə Xalq artistləri Eldar Quliyevin 75 və Ramiz Fətəliyevin 70 illik yubileyləri keçirilib. Azərbaycan Respublikası Kinematoqrafçılar ittifaqının.  2016-ci il 11 may tarixli iclasının qərarı ilə Novruz bayrami ilə əlaqadar olaraq ittifaqın aşağıda adları göstərilən veteranlarına Nəriman Səttar oğlu Şixəliyev, Şahin Zavid oğlu Qalabəyov, Lidiya İvanovna Şarkovkina, Miroslava İvanovna İsgəndərova, Rimma Aliyevna Abdullayeva, Pərviz Əsəd oğlu Quliyev, Oqtay Ələkbər oğlu Babazadə, Ənvər Abbasqulu oğlu Əbluç, Ədalət Məmməd oğlu Yunusov, Elman Əliverdi oğlu Əliyev, Kamal Mirhəbib oğlu Seyidov, Akif  Zəbi oğlu Rüstəmova 300 (üç yüz) manat məbləğində mükafat verilib.  2016-cı ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının qərarı ilə Milli Kino  mükafatı Azərbaycan kinosuna verdiyi töhfələrə görə və 75 illik yubileyi münasibəti ilə Xalq artisti Eldar Quliyevə təqdim olunub. 2 avqust Milli Kino günü münasibəti ilə Xalq artistləri Ramiz Mirzəyev, Ramiz Fətəliyev, Əməkdar İncəsənət xadimi Yavər Rzayev, Əməkdar Mədəniyyət işçiləri Rəfiqə Budaqlı, Tağı Babayev, Fuad Vəlixanov, Əməkdar rəssam Fikrət Ələkbərov, Əməkdar incəsənət xadimi Oqtay Babazadə hər birinə 500 (beş yüz) manat mükafat verilib. İttifaqın qərarı ilə veteranlar  Əməkdar mədəniyyət işçiləri Nəriman Şıxəliyev, Natalya Sneyyer, Şahin Qalabəyov, Pərviz Quliyev, Lidiya Şarkovnina, Elman Əliyev, Akif Rüstəmov, Kamal Seyidov, Ənvər Əbluç, Rimma Abdullayeva hər birinə 300 (üç yüz) manat mükafat verilib.

 

2016-cı ilin iyul ayında “Yeni nəfəs-II” qısa metrajlı filmlərin ssenari müsabiqəsi başlandı.Müsabiqədə 42 müəllifin 63 ssenarisi iştirak edib.26 oktyabr 2016 –cı il tarixində münsiflər heyətinin qərarı ilə (protokol №2) qaliblər müəyyən olundu. 

 

--I yer 2000 manat pul mükafatı,34 balla –“Voskriseniye” ssenarisi(müəlliflər Ayşad Səfərəliyev və Orxan Səmədov)

--II yer 1500 manat pul mükafatı 33 balla – “Qızıl diş”ssenarisi (müəllif İlqar Quliyev)

--III yer 1000 manat pul mükafatı 32 balla – “Solnse v qlaza”ssenarisi (müəllif Murad Muradov)

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin 11 noyabr 2016 –cı il tarixli iclasında “Yeni nəfəs-II” qısa metrajlı filmlərin ssenari müsabiqəsinin iştirakçıları üçün yaradıcılıq seminarlarının keçirilməsi haqqında qərar qəbul olundu.19 noyabr 2016 –cı il tarixidən başlayaraq İttifaqın ofisində tanınmış kino xadimləri: Xalq artistləri Ramiz Fətəliyev,Oqtay Mirqasım,Əməkdar İncəsənət xadimi Natiq Rəsulzadə,Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov “Yeni nəfəs-II” qısa metrajlı filmlərin ssenari müsabiqəsinin iştirakçıları üçün  “Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda seminarlar keçirilməyə başladılar.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin 11 noyabr 2016 –cı il tarixli iclasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinorejissor ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi , I qrup əlil Mafər Fuad oğlu Həsənovun təhsil haqqının ödənilməsi haqqında qərar qəbul edildi.Həmin iclasın qərarı ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının veteran üzvləri: Nəriman Səttar oğlu Şıxəliyev,Şahin Zavid oğlu Qalabəyov,Lidiya İvanovna Şarkovkina,Miroslava İvanovna İsgəndərova,Rimma Əliyevna Abdullayeva,Pərviz Əsəd oğlu Quliyev,Natalya Borisovna Şneyyer,Rəfiqə Maqsud qızı Budaqlı,Akif Zəbi oğlu Rüstəmov  hər birinə 200(iki yüz) manat məbləğində maddi yardım verildi.

 

2016-cı ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı,Azərbaycan Dövlət Film Fondu ilə birgə Azərbaycan Respublikası Mədəniyyət və Truzim Nazirliyinin dəstəyi ilə Əməkdar İncəsənət xadimi kinorejissor Rasim İsmayılovun,Xalq Artisti Nəcibə Məlikovanın ,Xalq Rəssamı Elbəy Rzaquliyevin yubileylərinə həsr olunmuş xatirə gecələri kecirilmişdir.

 

30 noyabr 2016-cı il tarixində“Azərbaycan ailəsi” adlı 8-ci beynəlxalq kino festivalına yekun vurulmuşdur.Festivalın münsiflər heyətinin işində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova,icraçı katib Cəmil Quliyev,idarə heyətin üzvü Oqtay Mirqasım fəal iştirak etmişlər.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin 23 yanvar 2017-ci il 01 saylı iclasında Kinematoqrafçılar İttifaqının 2017-ci il üçün iş planı təsdiq olunmuşdur.

 

Azərbaycan Respublikasının Xalq artisti, görkəmli kinorejissor Rasim Ocaqovun adına təqaüd təsis olunmuşdur. Bu təqaüd Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi, I qrup əlil Masər Fuad oğlu Həsənova verilmişdir.Həmin iclasda Rusiya Kinematoqrafçılar İttifaqının məktubuna baxılmışdır.Məktubda qeyd olunmuşdur ki, Rusiya Kinematoqarfçılar İttifaqı 3 mart 2017-ci il tarixində Moskva şəhərində SSRİ xalq artisti, görkəmli türkmən kinorejissoru Xocaqulu Narlıyevin 80 illik yubileyini qeyd edəcək. Həmin tədbirə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi , xalq artisti Oqtay Mirqasım dəvət olunub. Bunu nəzərə alaraq Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyəti yubiley tədbirində Oqtay Mirqasımın iştirak etməsi üçün onun Moskva şəhərinə ezam olunmasına qərar verib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə heyətinin 23 yanvar 2017-ci il tarixli 01 saylı iclasında Novruz bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Kineamtoqrafçılar İttifaqının veteran üzvlərinə: Nəriman Səttar oğlu Şıxəliyev, Şahin Zavid oğlu Qalabəyov, Pərviz Əsəd oğlu Quliyev, Natalya Barisovna Şneyer, Rəfiqə Maqsud qızı Budaqlı, Lidiya İvanovna Şarkovkina, Miroslava İvanovna İsgəndərova, Akif Zəbi oğlu Rüstəmov  olmaqla hər birinə 160 (yüz altmış) manat məbləğində maddi yardım ayrılmasına qərar verildi.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən elan edilmiş “Yeni nəfəs-1” qısametrajlı ssenari müsabiqəsinin qalibi olan “İkinci güllə” ssenarisi əsasında çəkilən qısametrajlı filmin təqdimatı 20 fevral 2017-ci il tarixində “Azərbaycan” kinoteatrında keçirilmişdir. Təqdimat mərasimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə ərsəyə gəlmişdir.

 

2017-ci ilin fevral-may aylarında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı , Azərbaycan Dövlət Film Fondu ilə birgə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Əməkdar İncəsənət xadimi,kinorejissor Əlisəttar Atakişiyevin, Əməkdar İncəsənət xadimi,kinooperator Arif Nərimanbəyovun,Əməkdar İncəsənət xadimi, kinorejissor Fikrət Əliyevin yubileylərinə həsr olunmuş xatirə gecələri keçirmişdir.

2017-ci ilin 23 iyun tarixli 03 saylı iclasının qərarı ilə Milli Kino mükafatı Azərbaycan kinosuna verdiyi töhfələrə görə Xalq artisti,kinorejissor Vaqif Mustafayevə verilmişdir.

2 avqust Milli Kino günü münasibətilə  Xalq artisti Yalçın  Əfəndiyev  ( 80 illik), Xalq rəssamı Rafiq  Nəsirov (70 illik) ,kinooperator  Rəfail Qəmbərov (70 illik) ,kinooperator Amin Novruzov (70 illik) ,kinorejissor Ənvər  Əbluç (70 illik) hər birinə 450(dörd yüz əlli) manat məbləğində pul mükafatı verilib.Həmin iclasın qərarı ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Veteranları  Əməkdar Mədəniyyət İşçiləri Nəriman Səttar oğlu Şixəliyev ,Şahin Zavid oğlu Qalabəyov , Lidiya İvanovna Şarkovkina , Miroslava İvanovna İsgəndərova ,Pərviz Əsəd oğlu Quliyev , Rəfiqə Maqsud qızı Budaqlı ,Akif Zəbi oğlu Rüstəmov ,Vladimir İvanoviç Dudniçenko , Natalya Borisovna Şneyer ,Oqtay Ələkbər oğlu Babazadə hər birinə 200(iki yüz ) manat məbləğində maddi yardım verilib.

2017-ci ilin iyul ayında “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi elan edildi.Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaqlar.

I  yer -1500manat

II yer – 1000 manat

III yer – 500 manat

Müsabiqənin nəticələri 2017 –ci ilin noyabr ayında açıqlanacaq.Müsabiqəyə yaşı 35-ə qədər olan bütün şəxslər ssenari təqdim edə bilər

 

16 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbərliyi ilə görüş keçirilmişdir.Tədbirdə Türk Dünyası Jurnalistlər Federasiyası tərəfindən qurumun rəhbəri Menderes Demir və rejissor Gülşən Sarı iştirak etmişlər.Görüşdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Türk Dünyası Jurnalistlər Federasiyasının birgə tədbirlərinin keçirilməsi müzakirə olunmuşdur.

19 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Litvanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “Cinema Plus Azərbaycan” kinoteatrında Litvalı kinorejissor Andrius Stonsla görüş keçirilmişdir, sonra rejissorun çəkdiyi “Buzlaqlarda qadın” sənədli filmi tamaşaçılara təqdim olunmuşdur.

2017-ci ilin oktyabr-noyabr aylarında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Dövlət Film Fondu, Azərbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə xalq artistləri Ağasadıq Gəraybəylinin,Nodar Şaşıqoğlunun yubileylərinə həsr olunmuş xatirə gecələri keçirilmişdir.

24 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə keçirdiyi Film Festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

28 noyabr 2017 –ci il tarixində Azərbaycan Respublikası kinematoqrafşılar İttifaqında “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlərin mükafatlandırılması mərasimi keçirilib.

I yer -1500 manat pul mükafatı verilməyib

II yer  -1000 manat pul mükafatı – “Şükriyyə taleyim” sənədli ssenarisi

(müəllif Cavid Zeynallı)

III yer --500 manat pul mükafatı – “Bakının su əfsanəsi” sənədli ssenarisi

 (müəllif Rəşad Şükürov)

“Ümid” mükafatı 500 manat – “Qara qızıl” sənədli ssenarisi

 (müəllif Seyran Əmirov)

30 noyabr 2017 –ci il tarixində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dövlət Film Fondu ilə birgə tanınmış televiziya rejissoru Əmirhüseyn Məcidovun 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçirib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə heyətinin 01 fevral  2018-ci il tarixli, 01 saylı iclasında Kinematoqrafçılar İttifaqının 2018-ci il üçün iş planı təsdiq olunmuşdur.

 

2018-ci ilin fevral-iyun aylarında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan Dövlət Film Fondu ilə birgə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyiylə Xalq artisti Nuriyyə Əhmədovanın, Xalq artisti, bəstəkar Cahangir Cahangirovun, Xalq artisti Həsənağa Turabovun xatirə gecələri keçirilmişdir.

16 may 2018-ci il tarixində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Litvanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “Cinema-plus Azərbaycan” kinoteatrında Litvalı rejissor Giedre Jiçkite ilə görüş keçirilib və sonra rejissorun çəkdiyi “Mən burdan deyiləm” sənədli  filmi nümayiş etdirilib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin 05.11.2018-ci il tarixli qərarına əsasən Azərbaycanın Xalq artisti Rasim Ocaqovun xatirəsinə həsr olunmuş “Şəki, mən səni sevirəm” müsabiqəsi keçirilmişdir.Müsabiqənin münsiflər heyətinin qərarına əsasən ən yaxşı bədii film nominasiyasında rejissor Tahir Əliyevin “Xalisin arzuları” bədii filmi birinci yerə layiq görülmüşdür. Ən yaxşı sənədli film nominasiyasında rejissor Zamin Məmmədovun “Şəbəkə” filmi qalib gəlmişdir.Ən yaxşı foto işi nominasiyasında müəllif Nigar Pirimova birincilik qazanmışdır.

Münsiflər heyətinin xüsusi mükafatlarına rejissorlar Tacəddin Quliyev, Rəşad Qasımov və fotoqraf Azər Cəfərov layiq görülmüşdür.2018-ci ilin noyabrında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə Xalq artisti Həsən Məmmədovun 80 illik yubileyini keşirmişdir. Yubiley tədbirləri Bakı və Salyan şəhərlərində baş tutmuşdur.

2019-cu ilin fevralın 1-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin növbəti iclasında cari ilin tədbirlər planı təsdiq edilmişdir.Tədbirlər planına əsasən Xalq artistləri Tofiq Tağızadənin, Əjdər İbrahimovun, Məlik Dadaşovun, Tofiq İsmayılovun, Əməkdar incəsənət xadimi Fikrət Əliyevin yubileylərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur.019-cu il martın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşündən dərhal sonra ölkə başçısının sərəncamına əsasən yaradıcılıq ittifaqları və birlikləri sırasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına da Prezidentin ehtiyat fondundan 300 min manat vəsait ayrılmışdır.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin bu sərəncamla bağlı 28 mart 2019-cu il tarixli iclasında İttifaqın aztəminatlı veteran və gənc üzvlərinə yardım verilməsi üzrə xüsusi fond yaradılmışdır. İttifaqın 15 veteran üzvünə və 5 gənc üzvünə 1 il müddətində təqaüd verilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Həmin iclasda İttifaqın gənc üzvləri üşün “Yeni nəfəs” mükafatı təsis olunmuşdur. Bu mükafat hər il avqustun 2-də Milli Kino günündə qalibə təqdim olunacaq.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin may ayında keçirilmiş iclasının qərarı ilə “Qızıl Pillə” Milli Kino festivalı təsis olunmuşdur.

Festivalda son iki ildə Azərbaycanda istehsal olunmuş bədii, sənədli və animasiya filmləri iştirak edəcək. Müsabiqədə 13 nominasiya üzrə mükafatlar veriləcək.

 

 

 

2020-ci il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ümumi doqquz iclasından səkkizi onlayn qaydada keçirilib.

2020-ci il 11 mart ARKİ-nin İdarə Heyətini 02 mart 2020-ci il tarixli, 01 saylı iclasında Azərbaycanın Əməkdar İncəsənət xadimi, kinoşünas Aydın Ələsgər oğlu Kazımzadənin 80 illik yubileyi ilə əlaqədar Azərbaycan kinosuna verdiyi töfələrə görə ARKİ tərəfindən mükafatlandırılıb.

2020-ci il iyul ayında ARKİ-nin İdarə Heyətininin 16.06.2020-ci il tarixli 02 saylı onlayın iclasında razılaşdırılmış qərarına əsasən Azərbaycan kinematoqrafiyası sahəsində uzun müddət səmərəli fəaliyyət göstərdiklərinə görə və 02 avqust kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü münasibəti ilə İttifaqın aşağıda adları göstərilən yubilyar və veteran üzvlərinə maddi yardım verilməsi barədə qərar qəbul edilmişdir.

  1. Ayaz Ramiz oğlu Salayev (Əməkdar İncəsənət xadimi) – 60 illik
  2. Şamil Yavər oğlu Əliyev (kinorejisser) – 60 illik
  3. Rəfiqə Maqsud qızı Budaqlı (Əməkdar Mədəniyyət işçisi)
  4. Şahin Zavid oğlu Qalabəyov (Əməkdar Mədəniyyət işçisi)
  5. Ədalət Məmməd oğlu Yunusov (veteran)
  6. Zamin Məmmədmusa oğlu Məmmədov (kinorejissor)
  7. Akif Zəbi oğlu Rüstəmov (Əməkdar Mədəniyyət işçisi)
  8. Leyla Həzrət qızı Səfərova (Əməkdar İncəsənət xadimi)

Görkəmli kinorejissor Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2020-ci il tarixli Sərəncamına əsasən tədbirlər planı təsdiq edilmişdir. 

ARKİ-nin üzvü Rövşən Cavanşir oğlu Quliyevə maddi yardım verilmişdir.

Kinorejissor Hilal Baydarovun çəkdiyi “Səpələnmiş ölümlər arasında” filminin Amerika “Oskar” Kino Akademiyasına təqdim edilməsi ilə müraciətinin müzakirəsi olunub. İclasda çıxış edənlər  adı çəkilən filmə əyani və onlayn vasitəsi ilə baxdıqlarını və bu kino lentinin bədii – estetik meyarlara cavab vermədiyini və Azərbaycan reallıqları ilə tam uyğunlaşmadığını konkret faktlarla əsaslandırdılar. Çıxış edən komissiya üzvlərinin fikir müxtəlifliyi nəzərə alınaraq “ Səpələnmiş ölümlər arasında” filminin “Oskar” Kino Akademiyasına göndərilməsi məqbul hesab edilmədi.

ARKİ-nin üzvü Mahmudov Əbdül Əlisa oğluna (Şeyx Əbdül) maddi yardımın verilməsi barədə qərar qəbul edilmişdir.

Azərbaycan Respublikasının Xalq artisti, görkəmli kinorejissor Rasim Ocaqov adına fərdi təqaüd Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissor ixtisası üzrə ödənişli təhsil alan 4-cü kurs tələbəsi Vüsal Əbdüləli oğlu Hacıyevə 2020-2021-ci tədris ilinin hər ayında təqaüd ödənilmişdir.

Pandemiya şəraitinə uyğun olaraq İttifaqın İdarə Heyətinin, Katibliyinin və İttifaqın sədrinin səlahiyyət müddətinin uzadılması ilə bağlı məsələnin müzakirəsi olunub və pandemiya dövründə, qeyri – müəyyən müddətə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti və Katiblik həminki tərkibdə öz işini davam etdirilməsi, İttifaqa sədrliyi yenidən Şəfiqə Məmmədova həyata keçirməsi barədə qərara alınıb.

2020 – ci il oktyabr ayında  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və üzvləri tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürülmüşdür.

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Eldar Tofiq oğlu Quliyev 80 illik yubileyi və Milli kinomuza verdiyi töhfələrə görə mükafatlandırılıb.

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Cahangir Yaqub oğlu Mehdiyev 70 illik yubileyi ilə əlaqədar mükafatlandırılıb.

2020 – ci il 31 dekabr Dünya Azərbaycanlıları Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə əlaqədar Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının aşağıda adları göstərilən üzvlərinə maddi yardım verilmişdir.

  1. Leyla Həzrət qızı Səfərova
  2. Akif Zəbi oğlu Rüstəmov
  3. Rəfiqə Maqsud qızı Budaqlı
  4. Şahin Zavid oğlu Qalabəyov
  5. Ədalət Məmməd oğlu Yunusov
  6. Zamin Məmmədmusa oğlu Məmmədov

2021-ci il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ümumi yeddi iclasından dördü onlayın qaydada keçirilib.

2021-ci il  ARKİ-nin İdarə Heyətinin 01 mart 2021-ci il tarixli, 01 saylı iclasında 2021-ci ilin iş planının təsdiqi ilə bağlı məsələnin müzakirəsi olunub. 01 fevral 2021-ci il tarixindən 30 aprel 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Qarabağ Azərbaycandır!” devizi ilə keçiriləcək film ssenari müsabiqəsini elan etdi.

16 aprel 2021-ci il tarixində İttifaqın elan etdiyi “Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin müddəti uzadıldı.

“Qarabağ Azərbaycandır!” devizi ilə keçiriləcək film ssenari müsabiqəsinin münsiflər heyətinin tərkibinin seçilməsi ilə bağlı məsələnin müzakirəsi olunub.

Oktay Mir-Qasımın Mədəniyyət Nazirliyinin nəzdindəki İctimai Şuraya üzv seçilməsi müzakirə olunub.  

08 iyul 2021-ci il Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Qarabağ Azərbaycandır! ssenari müsabiqəsinin nəticələri yekunlaşdırılıb.

Münsiflər heyətinin üzvləri Əməkdar İncəsənət xadimi İntiqam Qasımzadə, Əməkdar İncəsənət xadimi Ayaz SalayevƏməkdar İncəsənət xadimi Elxan Cəfərovİttifaqın sədri Xalq artisti Şəfiqə Məmmədova və Əməkdar Mədəniyyət işçisi Elçin Hami Axundov olub. Münsiflər heyəti ssenarilərin ideya səviyyəsi, dialoqların, mətnlərin üslub və bədii xüsusiyyətləri, ssenarilərin müsbət və mənfi cəhətlərini diqqətə çatdırmışlar. Münsiflər heyətinin üzvləri təəssüflə bildirib ki, təqdim olunmuş animasiya filmləri üçün ssenarilərin heç biri ideya səviyyəsinə və aktuallığına görə müəyyən olunmuş tələblərə cavab vermir. Münsiflər təqdim edilmiş ssenarilərə qiymət verilməsində ortaq məxrəcə gələ biliblər və qalib ssenariləri elan ediblər.

  1. Ən yaxşı tammetrajlı film ssenarisi – “ Xəzər dalğası “: Rzayev Elnur Vahid oğlu.(Mükafatı - 5000 manat)
  2. Ən yaxşı qısametrajlı film ssenarisi – “ Xarı bülbül “: Nəsibli Leyla Eyvaz qızı.(Mükafatı - 3000 manat)

08 iyul 2021-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətininin iclasında 02 avqust kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü münasibəti ilə bağlı məsələlər, Milli Kino günü ilə əlaqədar Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı üzvlərinin fəxri adlara təqdimatı haqqında, Milli Kino mükafatının müəyyən olunması,  02 avqust kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü ilə bağlı yubilyar və veteran kino xadimlərinə yardım verilməsi müzakirə olunub. Yeddi veteran kino xadiminə yardım ayrılması barədə qərar qəbul edilib.

1. Rəfiqə Maqsud qızı Budaqlı (Əməkdar Mədəniyyət işçisi)

2. Nəriman Səttar oğlu Şıxəliyev (veteran)

3. Akif Zəbi oğlu Rüstəmov (Əməkdar Mədəniyyət işçisi)

4. Şahin Vavid oğlu Qalabəyov (Əməkdar Mədəniyyət işçisi)

5. Ədalət Məmməd oğlu Yunusov (veteran)

6. Validə Rüstəm qızı Abdullayeva (veteran)

7. Zilli Yunus oğlu Namazov (veteran)

Avqustun 2-də Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 123 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycan kinosunun inkişafında xüsusi xidməti olan və bu il haqq dünyasına qovuşan Xalq artisti Eldar Quliyevin xatirəsinə həsr olunmuş videoçarx təqdim olunub.Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik etdiyi qurum tərəfindən yubileyləri olan kino xadimlərinə, həmçinin veteran sənətkarlara mükafatların verildiyini söyləyib. Həmçinin qeyd edib ki, ötən bir il ərzində kinomuzun bir neçə görkəmli nümayəndəsi də dünyasını dəyişib və onların xatirəsi daim əziz tutulacaq. Son illər təmsil etdiyi qurumun kino sahəsində gördüyü işlərdən danışan Ş.Məmmədova Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlər göstərmiş ustad sənətkarın adına medal və təqaüdün təsis edildiyini bildirib.
Tədbirdə çıxış edən Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov kino işçilərini peşə bayramı münasibətilə təbrik edərək ümummilli lider Heydər Əliyevin qərarına əsasən, bu əlamətdar günün artıq 21 ildir qeyd olunduğunu diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ən böyük mükafatı olan “Milli Kino Mükafatı”nı Azərbaycan kinematoqrafiyasına verdiyi töhfələrə görə tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Rafael Qəmbərova təqdim edilib. Eyni zamanda, "Qarabağ Azərbaycandır" ssenari müsabiqəsinin qalibləri mükafatlandırılıb.

06 sentyabr 2021-ci il İttifaqın onlayn qaydada keçirilmiş iclasında 2020-2021-ci illərdə istehsal edilmiş Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdimatı ilə bağlı məsələ müzakirə edilib.

Xalq artisti, professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi Komissiyanın iclasında 2020 – 2021- ci illərdə xarici fimlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserlər tərəfindən adı çəkilən Komissiyaya 1 nüsxə Dvd formatında təqdim olunması qərara alınıb.

06 sentyabr 2021-ci il İttifaqın onlayn qaydada keçirilmiş iclasın qərarına əsasən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) Xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, kinorejissor Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kino və Televiziya fakultəsində Operator sənəti ixtisası üzrə ödənişli təhsil alan,  ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan, ailəsinin sosial-maddi durumu qənaətbəxş olmayan 4-cü kurs tələbəsi Mirzə Hüseynov layiq görülüb.


11 oktyabr 2021-ci il tarixli iclasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nəzdində olan Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdimat komissiyasının qərarı ilə C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının  “Arizona” Prodakşn (Fransa) və “Debüt” studiyasının birgə istehsalı olan rejissor Rüfət Həsənovun “ Daxildəki ada” tammetrajlı bədii filminin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdim olunması ilə bağlı məsələ müzakirə olunub və rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi 94-cü Akademiya Mükafatlarında (Oskar) Azərbaycanın namizədi olaraq təsdiq edildi.  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Oskar Komitəsinin seçimi ilə müəyyənləşən film “Xarici dildə ən yaxşı film” nominasiyasında Azərbaycanı təmsil edəcək.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası, “Arizona Production”, “Coyote Cinema”, “Mandarin Agency” və “Debüt” Studiyasının birgə istehsalı olaraq çəkilən “Daxildəki ada” bədii filmi dünyanın ən nüfuzlu kino festivallarından hesab edilən və 100 000-dən artıq auditoriyası olan Sarayevo Film Festivalında ölkəmizi uğurla təmsil edərək “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub. Filmin post-prodakşn dəstəyi CNC - Fransa Dövlət Kino və Animasiya Mərkəzi və Baku Media Mərkəzinə, media dəstəyi isə İctimai Televiziyaya aiddir.
Qeyd edək ki, Oskar mükafatlandırma mərasimi 27 mart 2022-ci ildə keçiriləcək.

21 dekabr 2021-ci ildə Azərbaycan kinematoqrafiya sahəsində uzun müddət səmərəli fəaliyyət göstərdiklərinə görə  “Dünya Azərbaycanlılarının Həmrəyliyi” günü münasibəti ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının aşağıda göstərilən veteran üzvlərinə maddi yardım verilib.

  1. Şahin Vavid oğlu Qalabəyov (Əməkdar Mədəniyyət işçisi)
  2. Akif Zəbi oğlu Rüstəmov (Əməkdar Mədəniyyət işçisi)
  3.  Oktay Mirqasımov Əsədulla oğlu (Xalq artisti)
  4. Zilli Yunus oğlu Namazov (veteran)
  5. Rəfiqə Maqsud qızı Budaqlı (Əməkdar Mədəniyyət işçisi)
  6. Ədalət Məmməd oğlu Yunusov (veteran)

 

2022-ci il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ümumi dörd iclası keçirilib.

06 aprel 2022-ci ildə Əməkdar jurnalist, kinofilmlərin ssenari müəllifi Asim Quluoğlu Cəlilovun xəstəliyi ilə əlaqədar maddi yardım ödənilib.

02 – 07 iyun 2022-ci il tarixlərdə XV Çeboksar beynəlxalq kinofestivalında  münsiflər heyətinin sədri kimi dəvət olunan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Ayaz Ramiz oğlu Salayevin tədbirdə iştirak etməsi üçün ona Bakı – Moskva – Bakı aviabiletlərinin alınması üçün vəsait ayrılıb.

 

21iyun 2022-ci il  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü  quruluşçu operator çalışmış Rafiq Cəfər oğlu Əliyevin xəstəliyi ilə əlaqədar yazılı müraciətinə əsasən, ona maddi yardım ödənilb.

07 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı katibliyinin iclasında 02 avqust kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü  və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının 10 illik yubileyi ilə bağlı məsələlər, veteran və yubilyarların siyahısının müzakirəsi, ARKİ-də görülən və görüləcək təşkilatı işlər barədə məlumat, sosial durumu ağır olan və təhsildə fərqlənən, nümunəvi davranışı ilə seçilən  tələbələrə Rasim Ocaqov adına təsis olunan xüsusi təqaüdün verilməsi və bir sıra digər məsələlər müzakirə olunub.

 Azərbaycan kinematoqrafiyası sahəsində uzun müddət səmərəli fəaliyyət göstərdiklərinə görə və 02 avqust kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü münasibətilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən adları aşağıda göstərilən yubilyar və veteran üzvlərinə  maddi  yardım ödənilib.

 

  1. Rüstəmov Akif  Zəbi oğlu                          
  2. Səfərov Arif Bayram oğlu                          
  3. Mustafayev Akif  Məcid oğlu                     
  4. Vahidov Elbrus Əbdülvahid oğlu               
  5. Rəsulov Eldəniz Qeybulla oğlu                  
  6. Yunusov Ədalət Məmməd oğlu                  
  7. Dostuyev Məmməd Qənimət oğlu              
  8. Əliyev Nadir Məmmədağa oğlu                  
  9. Quliyev Pərviz Əsəd oğlu                           
  10. Bağırov Rafiq Hidayət oğlu                        
  11. Budaqlı Rəfiqə Maqsud qızı                       
  12. Qalabəyov Şahin Zavid oğlu                       
  13. Dudnicenko Vladimir İvanovia                   
  14. Abdullayeva Validə Rüstəm qızı                  

 

 

28 iyul 2022-ci ildə Azərbaycan Respublikasının xalq rəssamı Rafiq Əliş oğlu Nəsirovun 75 illik yubileyi və Azərbaycan kinosuna verdiyi töhfələrə görə Milli Kino mükafat ilə təltif olunub.

28 iyul 2022-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə Trend İnformasiya Agentliyinin birgə fəal əməkdaşlığına görə Vüqar Elbrus oğlu İmanov Fəxri Fərmanla təltif olunub.

        Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə heyətinin 07 iyul 2022-ci il tarixli 02 saylı iclasında 02 avqust kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradılmasının 10 illik yubileyi  münasibətilə “Şur” restoranında yubilyar və veteranların mükafatlandırılması tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir.

02 avqust 2022-ci il tarixində Milli Kino Günü və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaranmasının 10 illik yubileyi münasibəti ilə veteranların mükafatlandırılması qurum tərəfindən möhtəşəm tədbirlə qeyd olundu.

          03 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Xalq artisti, görkəmli kinorejissor Rasim Ocaqov adına fərdi təqaüd Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Televiziya fakültəsində kinorejissor ixtisası üzrə təhsil alan İsmayılzadə Güllü Hüseyn qızına verilib və ona 2022-2023-cü tədris ilinin hər ayı üçün fərdi təqaüd ödənilib.

17 Dekabr 2022-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında İttifaqın Nizamnaməsinə uyğun olaraq növbəti yığıncaq keçirilib. İttifaqın sədri Şəfiqə Məmmədova geniş hesabat məruzəsi ilə çıxış edib.

          Ötən müddətdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub, perspektiv plan müəyyənləşdirilib. Belə ki, 2023 – cü ildə ilboyu ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin, Azərbaycan Kinosunun 125, C.Cabbarlı adına AzərbaycanFilm Kinostudiyasının 100 illik, görkəmli kinorejissor Rasim Ocaqovun 90 illik yubileylərinin keçirilməsi, eləcə də tanınmış kino xadimləri ilə bağlı və digər önəmli tədbirlərin reallaşdırılması qərara alınıb. 

Şəfiqə Məmmədova iclas iştirakçılarının yekdil razılığına əsasən yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri kimi təsdiqlənib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin yenilənmiş tərkibi yığıncaq iştirakçıları tərəfindən təsdiq olunub. Sonra İdarə Heyəti üzvləri arasından 9 nəfərdən ibarət Katiblik təsdiq olunub. Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri seçilməsi ilə bağlı göstərilən etimada görə təşəkkürünü bildirib və qarşıdakı dövrdə də ona bəslənilən ümidləri var qüvvəsi ilə doğruldacağını əmin edib.

ARKİ – nin İdarə Heyəti və Katibliyinin siyahısı.

  1. Axundov Elçin Əbdül oğlu
  2. Abdullayev Xəyyam Musa oğlu
  3. Əli Akif Əli oğlu
  4. Əbluc Ənvər Abbasqulu oğlu
  5. Əhmədov Fariz Asif oğlu
  6. Əliyev Nadir Məmmədağa oğlu
  7. Ələkbərzadə Mehriban Zaur qızı
  8.  Əliyev Rafiq Cəfər oğlu
  9. Əliyev Şamil Yavər oğlu
  10. Fətəliyev Ramiz Məmməd oğlu
  11. Hətəmov Müşfiq  Mürşüd oğlu
  12. İsmayılov Qurban İbrahim oglu
  13. Kazımzadə Aydın Ələsgər oğlu
  14. Kərimi Səyavuş Əşrəf oğlu
  15. Quliyev Cəmil Elşad oğlu
  16. Quliyev Azər Barat oğlu
  17. Quliyeva Xalidə Camal qızı
  18. Qəmbərov Rəfail Əli oğlu
  19. Qasımov Rəşad Muxtar oğlu
  20. Məmmədova Şəfiqə  Haşım qızı
  21. Mir - Qasım Oktay Mir – Əsədulla oğlu
  22. Məmmədov Nəriman Kamil oğlu
  23. Mustafayev Vaqif Behbud oğlu
  24.  Mirqasım Ayan Oktay qızı
  25. Mansurov Eldar Bəhram oğlu
  26. Məmmədov İlqar Kamil oğlu  
  27. Mehdiyev Cahangir Yaqub oğlu
  28. Murtuzov Zəfər Həbi oğlu
  29. Nəsirov Rafiq Əliş oğlu 
  30. Novruzov Amin Novruzəli oğlu
  31. Salayev Ayaz Ramiz oğlu                            

 

26 dekabr 2022-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə heyəti 31 dekabr Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə əlaqədar yubilyar və veteran üzvlərinə maddi yardım verilməsi barədə qərar qəbul edilib.

       

 

  1. Qəmbərov Rəfail Əliyevic (yubilyar)         
  2. Əliyev Nadir Məmmədağa oğlu (yubilyar)
  3. Rüstəmov Akif  Zəbi oğlu                          
  4. Rəsulov Eldəniz Qeybulla oğlu                  
  5. Yunusov Ədalət Məmməd oğlu                  
  6. Quliyev Pərviz Əsəd oğlu                           
  7. Bağırov Rafiq Hidayət oğlu                        
  8. Budaqlı Rəfiqə Maqsud qızı                        
  9. Qalabəyov Şahin Zavid oğlu                       
  10. Dudnicenko Vladimir İvanoviç                  

 

2022-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına yeni  dörd nəfər üzv qəbul olunub.