Veteran kinematoqrafçılar mükafatlandırıldı

12:23 - 2 Avqust 2024

Azərbaycan kinosunun yaranmasının 126 - cı il dönümü və 2 Avqust Azərbaycan kinosu günü münasibətilə Azərbaycan Respublikası Kinematoqrafçılar Ittifaqı tərəfindən veteran kinematoqrafçılar mükafatlandırılıb. Mükafatlandırılan kinematoqrafçıların sırasında  Akif Rüstəmov, Elbrus Vahidov, Şahin Qalabəyov, Miri Rzayev, Gülşən Səlimova, Akif Mustafayev, Ədalət Yunusov, Məhəmməd Dostuyev, Pərviz Quliyev, Rafiq Bağırov, Elman Şeydayev, Vladimir Dudniçenko, Arif Səfərov yer almışdır. 

2 Avqust Azərbaycan kinosu Günü münasibətilə ömrünu kinoya həsr etmiş hər kəsi təbrik edirik. Onlara can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.