İlin ən yaxşı ekran əsəri seçilən “Hər şey hər yerdə bir anda” filminin baş rol ifaçısı Mişel Yeo Kann Film Festivalı tərəfindən "Kinoda Qadın" mükafatına layiq görülüb.
Məşhur aktrisa mükafatı mayın 16-da başlayacaq festivalda alacaq.
Qeyd edək ki, Yeodan əvvəl sözügedən mükafatı Ceyn Fonda alıb.