Rejissor Türkan Hüseynin çəkdiyi "Sonuncu foto" qısametrajlı filmi Riqa Beynəlxalq Qısa Film Festivalı 2ANNAS-da mübarizə aparacaq. Film beynəlxlaq müsabiqəyə seçilib və burada ümumilikdə 28 film mükafat üçün yarışacaq. "Sonuncu foto"da aktyorlar Qorqud Cəfər, İsmail İman, Kənan Məmmədli və Aygün Mirzayeva çəkiliblər. Festival özü isə 8-13 aprel tarixlərində baş tutacaq.