Novruz bayramınız mübarək

13:38 - 18 Mart 2023

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvlərini və ümumiyyətlə kino sahəsində çalışan hər bir kəsi Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə böyük uğurlar arzulayıram!

Təbiətin oyanış fəsli yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmış, sevilmiş və böyük məhəbbətlə qeyd olunmuşdur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də xalqımız tərəfindən sevilir və uca tutulur. Novruzun gəlişi insanlarda ülvi duyğular oyadır, hər kəsə sonsuz sevinc və fərəh bəxş edir.

Əziz bayram günündə kino ictimaiyyətinin simasında bütün xalqımıza,  Novruz ovqatı, bahar əhvali-ruhiyyəsi arzu edirəm.

Novruz bayramınız mübarək!

Hörmətlə,

Xalq artisti Şəfiqə Məmmədova