Tom Henks və Robin Rayt Robert Zemekisin yeni filmində rəqəmsal olaraq cavanlaşacaqlar

12:18 - 3 Fevral 2023

Robert Zemekis Tom Henks  və Robin Raytı  "Burada" adlanan yeni filmi üçün rəqəmsal olaraq cavanlaşdırmağı planlaşdırır. Yeni texnologiyalar sayəsində onlar gənc şəkillərini birbaşa çəkiliş meydançasında görəcəklər.

 

Yeni mənzərənin işlənib hazırlanmasında rejissor hiperreal obrazlar yaratmağa imkan verən bir sıra müasir texnologiyalardan istifadə etmək niyyətindədir. Bunu insanların üzünü dəyişdirmək və görünüşünü cavanlaşdırmaq qabiliyyətinə malik olan Metaphysic süni intellekt vasitəs ilə etmək mümükün olacaq. Şəklin dəyişdirilməsi prossesi montaj zamanı heç bir redaktə etməyə ehtiyac olmadan birbaşa çəkiliş meydançasında baş verəcək.

Metaphysic ilk dəfə 2022-ci ildə “America's Got Talent” televiziya müsabiqəsində geniş ictimaiyyətə təqdim edilmişdir. Tamaşaların birində Elvis Preslinin fotorealist avatarı peyda olub və tamaşaçılar üçün mahnı oxuyub. Bundan sonra “CAA” və “Miramax” film şirkətləri sözügedən rəqəmsal texnologiyanı Hollivud üçün uyğunlaşdırmağı qərar vermişdir.

“Burada” filmi Amerika yazıçısı və illüstratoru Riçard MakQuayerin eyniadlı romanının ekranlaşdırılması olacaq. Kitabda hadisələr Yeni  İngiltərədə  cərəyan edir və sevgi,  ümid  uğrunda mübarizə aparan insanların həyatından danışılır.

“Burada” filminin buraxılış tarixi isə hələ açıqlanmır.