“Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxı kinoteatrlarda

13:56 - 30 Yanvar 2023

“Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxını 2 fevraldan etibarən bütün kinoteatrlarda izləyə bilərsiniz.

Kinoalmanax 3 qısametrajlı filmdən ibarətdir; “Sizə məktub var...”, “Arxa cəbhə” və “Hasar”.

Biletləri kinoteatrların kassalarından və ya onlayn şəkildə əldə edə bilərsiniz.

Qeyd edək ki, filmin kinoteatr nümayişindən əldə edilən gəlirlər “YAŞAT” fonduna ianə ediləcək.