“Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxını 2 fevraldan etibarən bütün kinoteatrlarda izləyə bilərsiniz.
Kinoalmanax 3 qısametrajlı filmdən ibarətdir; “Sizə məktub var...”, “Arxa cəbhə” və “Hasar”.
Biletləri kinoteatrların kassalarından və ya onlayn şəkildə əldə edə bilərsiniz.
Qeyd edək ki, filmin kinoteatr nümayişindən əldə edilən gəlirlər “YAŞAT” fonduna ianə ediləcək.