Zaur Məhərrəmovun 85 yaşı tamam olur

13:32 - 28 Yanvar 2023

28 yanvar Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar İncəsənət xadimi, dövlət mükafatı laureatı Zaur Məhərrəmovun 85 yaşı tamam olur.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının  İdarə Heyəti ömrünü kino sənətinə həsr etmiş dəyərli sənətkarımız Zaur Məhərrəmovu 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür və can sağlığı arzu edir.

Zaur Xasay oğlu Məhərrəmov (Zaur Mükərrəm) 28.01.1938 Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1957-1963). 1963-cü ildə “Azərbaycanfilm” kinostudiyasında kinooperator assistenti kimi fəaliyyətə başlayıb. 1980-ci illərdən rejissor kimi fəaliyyətini davam etdirib, yaradıcılığını sənədli kinoya həsr edib. 1988-ci ildə “Yaddaş” sənədli filmlər studiyasını təşkil edib. Əməkdər incəsənət xadimi, Dövlət mükafatı laureatı (1982), professor Zaur Məhərrəmov uzun müddət Türkiyənin Anadolu Universitetinin kino və televiziya bölməsində dərs deyib. Türkiyədə “Sinematografi üzerine düşünceler” və “Belgesel üzerine düşünceler” adlı 2 kitabı çap olunub. Rejissor, təsvir rejissoru, ssenarist Zaur Məhərrəmov 2015-ci ildə “Milli kinonun inkişafına verdiyi töhfələrə görə” Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatına layiq görülüb.