Cari ilin yanvar ayının 25-dən fevralın 5-dək Hollandiyada 52-ci Rotterdam Beynəlxalq Film Festivalı baş tutacaq.
Festival norveçli Henrix Martin Dalsbakkenin "Munk" filminin müsabiqədənkənar nümayişi ilə açılacaq. Bütün yaradıcılığı ölüm, dəlilik və tənhalıq mövzularına istinadlarla dolu olan məşhur ekspressionist rejissorun filmində dörd aktyor oynayır: Alfred Eker Strande, Matis Herman Nayqvist, Ola J. Furuset və Enn Krieqsvol.
Festivalın qaliblərini, rejissorlar Lav Diaz və Sabrina Baraçetti, prodüser Kristin Vaşon, aktrisa Anisia Ouzeyman və kino tənqidçi Alonso Diaz de la Veqadan ibarət münsiflər heyəti müəyyən edəcək.
Tənqidçilərin fikirincə əsas mükafata iddiaçılar sırasında livanlı rejissor Kərim Kassemin “Üçüncü” mistik dramı, isveçli rəqqasə və rejissor Covanni Bukçierinin avtobioqrafik “100 mövsüm” və Amerikalı Jordan Vestin “Playland” kimi işləri yer almışdır.
Daha geniş auditoriya üçün nəzərdə tutulan “Böyük ekran” rubrikasında Cənubi Koreyalı rejissor Şin Yonq-Şikin “Bir Qələbə” idman dramı nümayiş olunacaq. Eyni proqrama Eskil Foqtun ssenarisi üzrə çəkilmiş danimarkalı rejissor Deyn Martin Skovbjerqin “Kopenhagen yoxdur” psixoloji dramı; Belçika əsilli amerikalı rejissor Cessika Vudvortun “Luka” filmi, Dino Buzzatinin “Tatar səhrası” romanının müasir adaptasiyası; eləcə də rusiyalı rejissor Natalya Meşçaninovanın üçüncü tammetrajlı əsəri olan “Bir balaca gecə sirri” dramını nümayiş etdiriləcək..
Festival Varun Qroverin “All India Rank” komediyası ilə bağlanacaq.
52-ci Rotterdam Beynəlxalq Film Festivalının proqramına daxil olan filmlərin tam siyahısı, həmçinin festivalın son xəbərlərini izləmək üçün bu linkə keçid edə bilərsiniz https://iffr.com/en