İsmayıl Dağıstanlının anadan olmasından 116 il ötür

13:15 - 6 Yanvar 2023

Bu gün görkəmli aktyor, SSRİ Xalq artisti İsmayıl Dağıstanlının anadan olmasından 116 il ötür.

 

İsmayıl Dağıstanlı 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində anadan olub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayan Dağıstanlı 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Bir çox fəxri adlara, mükafatlara laiq görülən görkəmli aktyor, həmçinin “Böyük Dayaq” , “Koroğlu”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Qatır Məmməd”, “Səbuhi” və.s Azərbaycan filmlərində də  yadda qalan obrazlar yaradıb.