Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri Şəfiqə Məmmədova 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə ölkə kinematoqrafçılarına təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
Əziz həmkarlarım, əlamətdar günlər münasibəti ilə hər birinizi səmim – qəlbdən təbrik edir, cansağlığı, ailə səadəti, yeni – yeni yaradıcılıq uğurları arzulayıram.