Amerikalı kinorejissor Albert Pyun 69 yaşında Las-Veqasda vəfat edib.
Arki.az xəbər verir ki, bu barədə rejissorun həyat yoldaşı və prodüseri Cynthia Curnan “Facebook”da məlumat verib.
Karyerası boyunca Pyun həm “Jan-Klod Van Damm”, “Kristofer Lamber” kimi 80-ci və 90-cı illərin döyüş filmi ulduzları ilə əməkdaşlıq etməsi, həm də sürətli istehsal dönüşləri ilə tanınıb. O, təkcə 90-cı illərdə 22 filmə rejissorluq edib.