Maliyyə naziri: Kinoya pul ayrılacaq, əsas onun necə istifadə olunmasıdır

17:35 - 11 Noyabr 2022

“Kino çəkilməsinə vəsait ayrılacaq. Xüsusilə Vətən müharibəsi dövrünə aid filmlərin çəkilməsi üçün artıq bu pul ayrılıb. Bu vəsaitin necə istifadə olunacağı əsasdır”.

 

 

Arki.az  xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

 

Nazir bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən təşəbbüslər var, maraqlı formatlar təklif edilir: “Filmlərin Türkiyə vasitəsilə “Netflix” və digər platformalarda daha geniş yayımlanması təkliflər sırasında yer alıb. Biz aidiyyəti nazirliklə buna baxırıq”.