Fuad  Vəlixanov vəfat edib

15:07 - 16 May 2022

Azərbaycanın Əməkdar İncəsənət Xadimi , televiziya verilişlərinin redaktoru, prodüser. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü Fuad  Vəlixanov vəfat edib.

 

Arki.az xəbər verir ki, Fuad  Vəlixanov 1998-1999-cü illərdə ANS teleradio şirkətində baş direktorun televiziya üzrə müavini olub. 2000-ci ildən Lider televiziyasında bədii rəhbər və proqramlar direktoru kimi çalışıb. 2006-cı ildən Azərbaycan Televiziyasında proqramlar direktoru vəzifəsinə qayıdıb. 2008-ci ildən "Müəllif Proqramları və Xüsusi Lahiyələr" departamentinin direktoru vəzifəsində işləyir.

2006-cı ildə "Əməkdar İncəsənət Xadimi" adına layiq görülüb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti Fuad  Vəlixanovun vəfatından kədərləndiyini bildirir, onun ailəsinə və yaxınlarına başsağlığı verir.

Allah rəhmət eləsin!