Azərbaycanın Əməkdar İncəsənət Xadimi , televiziya verilişlərinin redaktoru, prodüser. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü Fuad Vəlixanov vəfat edib.
Arki.az xəbər verir ki, Fuad Vəlixanov 1998-1999-cü illərdə ANS teleradio şirkətində baş direktorun televiziya üzrə müavini olub. 2000-ci ildən Lider televiziyasında bədii rəhbər və proqramlar direktoru kimi çalışıb. 2006-cı ildən Azərbaycan Televiziyasında proqramlar direktoru vəzifəsinə qayıdıb. 2008-ci ildən "Müəllif Proqramları və Xüsusi Lahiyələr" departamentinin direktoru vəzifəsində işləyir.
2006-cı ildə "Əməkdar İncəsənət Xadimi" adına layiq görülüb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti Fuad Vəlixanovun vəfatından kədərləndiyini bildirir, onun ailəsinə və yaxınlarına başsağlığı verir.
Allah rəhmət eləsin!