Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib.
Arki.az xəbər verir ki, bu barədə yerli KİV- tərəfindən məlumat yayılıb.
O bildirilib ki, R.İbrahimbəyov dünən axşam Moskvada dünyasını dəyişib: "Ailəsinin KİV-ə verdiyi məlumata görə, kinorejissor vətəndə dəfn olunacaq".
Qeyd edək ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub.