"Biz" sənədli filminin təqdimat mərasimi keçiriləcək.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin və "Azərbaycanfilm" kinostudiyasının birgə istehsal etdiyi sənədli filminin təqdimatı 5 noyabr tarixində, saat 19:00-da Heydər Əliyev adına Sarayda baş tutacaq.