Venesiya Film Festivalının qalibləri müəyyən edildi - ADLAR

11:30 - 13 Sentyabr 2021

Kino Sarayında 78-ci Venesiya Film Festivalının qala mərasimi baş tutub.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, film festivalının əsas mükafatı olan “Qızıl Şir”ə fransız rejissor Odri Divanın “Hadisə” filmi layiq görülüb. Festivalın əsas mükafatçılarını təqdim edirik.

“Qızıl şir” mükafatı — “Hadisə” / rej. Odri Divan

Münsiflər heyətinin əsas mükafatı – “Gümüş şir” — “Tanrının əli” / rej. Paolo Sorrentino

Ən yaxşı rejissor işinə görə “Gümüş şir” mükafatı – Ceyn Kempion (“Köpəyin gücü” filminə görə)

Ən yaxşı kişi roluna görə “Volpi” kuboku — Con Arsilya (“İşdə 2” filminə görə)

Ən yaxşı qadın roluna görə “Volpi” kuboku — Penelopa Kruz (“Paralel analar” filminə görə)

Ən yaxşı ssenari — Meqqi Cillenhol (“Naməlum qız” filminə görə)

Münsiflər heyətinin xüsusi mükafatı – “Dəlik” / rej. Mikelancelo Frammartino

Marçello Mastroyanni mükafatı – Filippo Skotti (“Tanrının əli” filmindəki roluna görə)

 

Qeyd edək ki, kinematoqrafiya sahəsinə verdikləri töhfələrə görə festivalın “Fəxri Qızıl şir” mükafatına Roberto Beninyi və Ceymi Li Körtis layiq görülüblər.