“Səs” filmi Qısametrajlı Beynəlxalq Kino Festivalının müsabiqə poqramına daxil edilib

14:05 - 10 Sentyabr 2021

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, rejissor Zamin Məmmədovun “Səs” filmi Bişkek şəhərində  keçiriləcək 10-cu Qısametrajlı Beynəlxalq Kino Festivalının müsabiqə poqramına daxil edilib.

Festival 14 sentyabr 2021-ci ildə başlayır və 3 gün davam edəcək.


Qeyd edək ki, “Səs” filminin ssenari müəllifi Rövşən Almuradlı, baş rolların ifaçıları isə aktyorlar Vidadi Əliyev, Nigar Məmmədova və Rəşad Səfərovdur.