Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, rejissor Zamin Məmmədovun “Səs” filmi Bişkek şəhərində keçiriləcək 10-cu Qısametrajlı Beynəlxalq Kino Festivalının müsabiqə poqramına daxil edilib.
Festival 14 sentyabr 2021-ci ildə başlayır və 3 gün davam edəcək.
Qeyd edək ki, “Səs” filminin ssenari müəllifi Rövşən Almuradlı, baş rolların ifaçıları isə aktyorlar Vidadi Əliyev, Nigar Məmmədova və Rəşad Səfərovdur.