93-cü “Oscar”ı onlar aldı - FOTOLAR

11:14 - 26 Aprel 2021

Amerika Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən verilən “Oscar” mükafatları ötən gün 93-cü dəfə sahiblərini tapıb.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat ximdəti xəbər verir ki, dünyanın ən prestijli kino mükafatları sayılan “Oscar” ənənəvi olaraq təşkil edilib.

Pandemiya səbəbilə iki ay gec təşkil edilən tədbirdəki qonaqlardan əvvəlcə test götürülüb və sosial məsafəyə riayət edilib.

Mərasim ənənəvi evi olan “Dolby” teatrı və “Union Station”da baş tutub. Aparıcısı olmayan gecədə qırmızı xalça paradından sonra kino dünyasının ən yaxşıları elan edilib.

 

Ən yaxşı film- “Nomadland”

Ən yaxşı aktrisa - Frances McDormand (“Nomadland”)

Ən yaxşı aktyor- Anthony Hopkins (“The Father”)

Ən yaxşı rejissor- Chloé Zhao (“Nomadland”)

Ən yaxşı quruluşçu rejissor- Erik Messerschmidt (“Mank”)

Ən yaxşı original ssenari- Emerald Fennell (“Promising young woman”)

Ən yaxşı köməkçi aktyor- Daniel Kaluuya (“Judas and the black Messiah”)

Ən yaxşı beynəlxalq film- “Another round” (Danimarka)

Ən yaxşı səs- “Sound of metal”

Ən yaxşı geyim dizaynı- “Ma Rainey's Black Bottom”

Ən yaxşı sənədli film- “My octopus Ttacher”

Ən yaxşı qısa film- “Two distant strangers”

Ən yaxşı animasiya filmi- “Soul”

Ən yaxşı köməkçi aktrisa- Youn Yuh-jung (“Minari”)

Ən yaxşı fim musiqisi- “Soul”

Ən yaxşı original musiqi- Judas and the Black Messiah (“Fight for you”)