“Oskar” mükafatladırma mərasiminin aparacıları bilindi

15:52 - 16 Aprel 2021

Aktyor Bred Pitt və aktrisa Zendaya 2021-ci ildə "Oskar” kino mükafatının təqdimetmə mərasiminin aparıcıları olacaq.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları instaqramda məlumat veriblər.

"Oskar” mükafatlandırma mərasimi aprelin 26-na keçən gecə canlı iştirakla keçiriləcək. Mərasim iştirakçıları eyni zalda olmamaq üçün qruplara bölünəcək

Holli Berri, Xoakin Feniks, Lora Dern, Rene Zellveger, Riz Uizerspun, Harrison Fordun mərasimdə iştirak edəcəyi məlumdur. Onlar laureatlara qızıl heykəlcikləri təqdim edəcək.

Daha əvvəl 2021-ci ildə keçiriləcək mərasimin qismən Avropa məkanlarına köçürülə biləcəyi bildirilmişdi. Tədbirin ABŞ hissəsi Los Ancelesdəki "Dolby” teatrında baş tutacaq, Paris və Londonda da qonaq qəbulu üçün iki əlavə məkan hazırlanır. Hələlik "Oskar”ın Avropa hissəsinin Paris, yoxsa Londonda keçiriləcəyi açıqlanmayıb.