Əməkdar rəssam Fikrət Ələkbərovun 75 illik yubileyidir

00:00 - 18 Fevral 2021

Bu gün əməkdar rəssam, aktyor Fikrət Ağa-Zeynal oğlu Ələkbərovun doğum günüdür. Onun 75 yaşı tamam olur.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Fikrət Ələkbərov 18 fevral 1946-cı ildə Bakıda anadan olub. 1962-ci ildə rəssamlıq məktəbinin rəngkarlıq şöbəsinə daxil olmuşdur. 1967-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1973-cü ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstititunun rəssamlıq fakultəsini bitirmişdir. "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Bir neçə filmdə quruluşçu rəssam, həm də geyim uzrə rəssam olmuşdur.

2008-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. Kinooperator Ağa Zeynal Ələkbərovun oğludur.

 

Fikrət Ələkbərov həm də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Dəyərli rəssamımızı İttifaqın bütün İdarə heyəti adından təbrik edirik, ona möhkəm can sağlığı, uğurlar arzulayırıq.