Dövlət Film Fondunda mərhum
aktyor, rejissor, görkəmli kino xadimi Ceyhun Mirzəyevin 70 illiyi münasibətilə
tədbir keçirilib.
Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Tədbir
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilatçılıgı ilə təşkil
olunub.
Tədbirdə çıxış edən əməkdar incəsənət xadimi Cəmil
Quliyev, Ceyhun Mirzəyevin dostu Elxan Qasımov əziz dostları haqqında ürək
sözlərini bölüşüblər.
Elxan Qasımov Ceyhun Mirzəyevi Alpaçino ilə
müqayisə edib. Bildirib ki, Ceyhun heç kimi incitməyib, heç kimin xətrinə
dəyməyib. Heç zaman mən yaratdım deməyib. Aktyor Şamil Süleymanov dostunun son
günlərindən danışıb. Qeyd edib ki, Ceyhun Mirzəyev "Ögey ana" dan
"Fəryad" a qədər əzablı ,məşəqqətli bir ömür keçib. Hər zaman ürəyi
yanırdı ki, "Mən qarabağlıyam, amma torpağım üçün heç nə edə
bilmirəm".
Ceyhun Mirzəyevin xatirəsini yad etmək üçün
yubiley tədbirində onun dostları Aydın Dadaşov, Aydın Kazımzadə, xalq artisti
Rafiq Əzimov onun barəsində ürək sözlərini deyiblər. Ceyhun Mirzəyevin köklü
nəsildən gəldiyini deyən Aydın Dadaşov onu kinoda böyüyən uşaq adlandırıb.
Yubiley gecəsində Ceyhun Mirzəyevin keçdiyi qısa
lakin şərəfli ömür və sənət yolundan bəhs edilib, çəkdiyi və aktyor kimi rol
aldığı filmlərlə yanaşı İçtimai televiziyanın ’’Carçıfilm” studiyasının
istehsalı olan Ceyhun Mirzəyevin həyat və yaradaçıllığına həsr olunmuş filmi
nümayiş etdirilib.
Qeyd edək ki, Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi
çəkildiyi son film "Fəryad" olub.Ceyhun Mirzəyev 1993-cü il martın
5-də vəfat edib.