N?sib? Zeynalovan?n anadan olmas?n?n 100 ili tamam olur

00:00 - 24 Noyabr 2016

Mərhum xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 ili tamam olur. 

 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, aktrisanın yubileyi Dövlət Musiqili Teatrda keçiriləcək. 

Tədbirin rejissoru Cavid İmamverdiyevdir. Yubiley gecəsində rəsmilər, N.Zeynalovanın yaxınları, sənət dostları, vaxti ilə onunla birlikdə çalışmış həmkarları – xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, Ələkbər Əliyev və başqaları iştirak edəcəklər.

 

Tədbir noyabrın 24-də keçiriləcək. Yubiley çərçivəsində Dövlət Teatr Muzeyi tərəfindən hazırlanmış N.Zeynalovanın yaradıcılıq yolunu əhatə edən səyyar sərgi olacaq.