Bu gün Bakı Media Mərkəzinin rəhbəri, prodüser Arzu Əliyevanın doğum günüdür.
Arzu İlham qızı Əliyeva 23.01.1989-cu ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri 160 saylı orta məktəbdə təhsil almış, daha sonra İsveçrə və Böyük Britaniyada təhsilini davam etdirmişdir. 2015-ci ildən etibarən bir sıra filmlərə prodüserlik etmişdir. Onun filmoqrafiyasına "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" (2015), "Bir Günəş altında" (2016), "Əbədi ezamiyyət" (2016), "Son iclas" (2018), "Sonuncu" (2020), "Biz"(2021), "Şuşa, sən azadsan!" (2021), "Hadrut, sən azadsan!"(2023) filmləri daxildir. 2021-ci ildə Arzu Əliyeva "Korkut Ata" Türk Dünyası Film Festivalında "türk dünyası və türk mədəniyyətinə verdiyi töhfələrə görə "Şərəf" mükafatına layiq görülmüşdür.
Azərbaycan Respublikası Kienmatoqrafçılar İttifaqı, prodüser Arzu Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayır!