Kann festivalının ən yaxşı qadın və kişi aktyorları bəlli oldu

22:34 - 27 May 2023

Yaponiyalı aktyor Koji Yakuşo 76-cı Kann Film Festivalında ən yaxşı kişi aktyoru mükafatına layiq görülüb.

Ən yaxşı qadın aktrisa mükafatı türkiyəli Merve Dizdara verilib.

Koji Yakuşo mükafatı alman kinorejissoru Vim Vendersin “Mükəmməl günlər” filmindəki işinə görə alıb. Merve Dizdar türkiyəli rejissor Nuri Bilge Ceylanın "Quru otlar haqqında" filmindəki roluna görə mükafat alıb.

 Bu il Qızıl Palma budağı uğrunda 21 film mübarizə aparıb. Münsiflər heyətinə isveçli rejissor Ruben Östlund rəhbərlik edib.