Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.
Bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
M.Ələkbərzadə indiyədək çoxsaylı tamaşa, ekran əsərlərinin müəllifi, rejissoru, eləcə də Gənc Tamaşaçılar və Yuğ Teatrlarının baş rejissoru vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti və rəhbərliyi yeni təyinat münasibətilə Mehriban xanımı təbrik edir, ona fəaliyyətində uğurlar arzulayır.