Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş film nümayiş olunub

20:37 - 11 May 2023

Mayın 10-da Şuşa şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “İz” adlı sənədli film nümayiş etdirilib.

 

Filmə dövlət və hökumət rəsmiləri, Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qonaqları, mədəniyyət, incəsənət və elm xadimləri tamaşa ediblər.

 

Heydər Əliyev Fondu tərəfindən təqdim edilən ekran əsərində Ulu öndərin həyat və fəaliyyətindən bəhs olunur. Filmin ssenarisi Ümummilli lider Heydər Əliyevin çıxışları əsasında onun siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir.

 

Filmdə Ümummilli liderin həyatı, Azərbaycana və xalqa bağlılığı, Azərbaycanın müstəqil dövlət kimi qüdrətlənməsi və Qarabağın işğaldan azad edilməsi istiqamətində apardığı ardıcıl siyasətdən bəhs olunur. Eyni zamanda işğal altındakı torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, bununla da Ümummilli lider Heydər Əliyevin vəsiyyətinin və arzularının reallaşması filmdə yer alıb.