Xoakin Feneksin baş rol aldığı film prokata çıxacaq

10:10 - 29 Aprel 2023

Məhşur rejisssor Ari Asterin “Bonun bütün qorxuları” filmi  sürrealizm janrında çəkilmişdir.  May aylnda ekranlara çıxacaq  film  paranoyadan əziyyət çəkən baş qəhrəman Bonun ( Xoakin Feniks)  ağlasığmaz macəralarından bəhs edir.

Dünyanın müxtəlif təhlükələrlə dolu olması, küçələrin dəli adamların çoxluğu səbəbindən baş qəhrəman mümkün qədər az evdən çıxmağa çalışır.  Günlərin birində o, yalnız qonşu küçəyə deyil, başqa bir şəhərdə yerləşən anasının evinə səfər etməli olacaq. Baş qəhrəmanın  məkan və zamandan kənara çıxan inanılmaz səyahəti filmin əsas mövzsusunu təşkil edir. Bo  uşaqlıqdakı ən pis qorxularını xatırlamalı və həyatını tamamilə yenidən düşünməli olacaq.

 Filmdə “Joker”in ulduzu ilə yanaşı, Parker Posey, Emi Rayan, Patti Lu Pone, Nathan Lane, Stefen Henderson və başqaları rol alıb.  Avtobioqrafik filmin  ssenarisi  də Ari Astrə  məxsusdur.