00:00 - 28 Avqust 2016

Bu gün Azərbaycanaın məşhur kinorejissoru Vaqif Mustafayevin doğum günüdür.

 

 

Vaqif Behbud oğlu Mustafayev 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 3 saylı məktəbdə almışdır. Sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunun rejissor bölməsini bitirib. Xalq artisti, dövlət mükafatları laureatı Vaqif Mustafayevin çəkdiyi filmlər bir sıra Beynəlxalq festivallarda mükafatlara layiq görülüb.

 

 

Azərbaycanın kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə əməkdar incəsənət xadimi fəxri adına, 28 avqust 2013 -cü ildə Azərbaycanda silsilə sənədli filmlərin yaradılmasında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilmişdir. İstedadlı kinorejissor eyni zamanda bir sıra dünya dövlətlərin Prezidentləri tərəfindən müxtəlif mükafatlara layiq görülüb.

 

63 yaşını qeyd edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü olan Vaqif Mustafayevi, İttifaqın idarə heyətinin və üzvlərinin adından təbrik edir, ona möhkəm can sağlığı, daha böyük yaradıcıllıq uğurları arzulayırıq.