25-ci Şanxay Beynəlxalq Film Festivalı keçiriləcək

19:19 - 5 Aprel 2023

Keçən il pandemiya səbəbindən ləğv edilən 25-ci Şanxay Beynəlxalq Film Festivalı cari il iyunun 9-dan 18-dək keçiriləcək. 2022-ci ildə festivalı təxirə salınmasından bu günə kimi təşkilatçılar dünyanın 128 ölkə və regionundan təxminən 8,8 minə yaxın film layihələri qəbul ediblər.

 Şanxay Beynəlxalq Film Festivalı 1993-cü ildən təşkil olunur. Bu illər ərzində festivalın münsiflər heyətinin üzvləri hər zaman tanınmış kinematoqrafçılardan ibarət  olub. Bu festival çoxdan regional tədbir olmaqdan çıxaraq təkcə Asiyadan deyil, dünya kinosundan da bir çox ulduzları özünə cəlb edir. Bu illər ərzində festival Çin kinematoqrafiyasının inkişafının şahidi olub, eyni zamanda beynəlxalq mübadilə və mədəni əməkdaşlıq platformasına çevrilib.