"İndiana Cons"un yeni premyerası Kanda keçiriləcək

21:00 - 4 Aprel 2023

Qarşıdan gələn 76 –cı “Kann Beynəlxalq Film Festivalı”nın sensasiyalarından biri də baş rolda Harrison Fordun oynadığı  rejissor Ceyms Manqoldun “İndiana Cons və taleyin çarxı” filminin dünya premyerasıdır.

Qeyd edək ki,  əfsanəvi macəraçı İndiana Cons haqqında təqdim olunmuş sonuncu film  rejissor  Stiven Spilberqin 2008-ci ildə çəkdiyi "İndiana Cons və Kristal Kəllə Krallığı"  filmi olmuşdur.

On beş ildən sonra rejissor Ceyms Manqoldun “İndiana Cons və taleyin çarxı” filminin ilk nümayiş günü mayın 18 –də Kanda baş tutacaq, film daha sonra  iyunun 28-i Fransa kinoteatrlarında,  iyunun 30-da isə ABŞ-də nümayiş olunacaq.

Nəzərinizə çatdıraq ki, film müsabiqədənkənar  nümayiş olunacaq və hələ ki, filmin sujet xətti barəsində heç bir açıqlama verilməmişdir.