Berlin Film Festivalının nəticələri açıqlandı

10:41 - 27 Fevral 2023

73-cü Berlin Film Festivalının qalibləri  məlum olub.

 73-cü Berlin Beynəlxalq Film Festivalında (Berlinale) fransız rejissoru Nikolas Filibert-in "Sur l'Adamant" filmi ən yaxşı film nominasiyasında "Qızıl Ayı" mükafatına layiq görülüb.

Almaniyanın paytaxtı Berlində keçirilən festivalın mükafatları Berlinale "Palast Cinema"da keçirilən mərasimdə öz sahiblərinə təqdim olunub.

Ən yaxşı baş rol üçün "Gümüş ayı" mükafatı "20.000 Species of Bees" ("20 min arı növü") filmində 8 yaşlı qız obrazını canlandıran ispaniyalı Sofiya Oteroya verilib.

Meksikada bir dağ kəndinin həyatından bəhs edən Tatyana Huezonun rejissorluğu ilə çəkilmiş "The Echo" filmi ən yaxşı sənədli filmə görə 40 min avroluq mükafata layiq görülüb.


Fevralın 16-da başlayan 73-cü Berlinaledə "Qızıl ayı" mükafatı üçün 19 film yarışıb.