Berlinale 2023-də "Keçmiş Yaşamlar" reytinqə başçılıq edir

11:44 - 23 Fevral 2023

Fevralın 16-dan 26-dək Almaniyada 73-cü Berlin Beynəlxalq Film Festivalı keçirilir. Festivalın sonuna  sayılı günlər qalmış kino tənqidçilərinin ilkin qiymətləndirmələri “Screen” jurnalında dərc olunub.

Reytinq cədvəlinə əsas müsabiqədə artıq  nümayiş etdirilmiş səkkiz film daxil olmuşdur ki, bunlardan ən reytinqlisi  3,6 bal qazanaraq lider olan , dramaturq və ssenarist Selin Sonun rejissor kimi ilk filmi olan “Keçmiş həyatlar”  Amerika dramıdır . Bu film haqqında daha əvvəl “ProfiCinema” portalında müsbət rəylər yazılmışdır.

Kino tənqidçilərin ən aşağı qiymətlənirməsi  isə  2,1 balla alman kinosunun canlı klassiki Marqaret fon Trottanın "İngeborq Baxman – səhrada dolşan" filmi olmuşdur.

Reytinq yeddi nəfərin səsverməsi əsasında formalaşdırılıb: Paolo Bertolina (İtaliya), Rita de Santo (Böyük Britaniya), Anton Dolin (milliyyəti qeyd olunmayıb), Karlos Eli de Almeyda (Braziliya), Barbara Hollender (Polşa), Kati Nikodemus ( Almaniya), həmçinin “Screen International”-ın nümayədəsi.