Fevralın 9-da saat 15.00-da Nizami Kino Mərkəzində Rusiyanın görkəmli kino xadimi, kinorejissor, sənətşünast Oleq Kovalovla Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin və İttifaqın üzvlərinin görüşü keçiriləcək.
Görüşdə Oleq Kovalovun müəllifi olduğu “Темная ночь” – “Qaranlıq gecə” filmi nümayiş etdiriləcək. Bu film bir sira beynəlxalq festivallarda iştirak edib və həmçinin Roterdam festivalında nümayiş olunub.