Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

13:22 - 7 Fevral 2023

      Qardaş Türkiyənin bir sıra şəhər və əyalətlərində baş vermiş dağıdıcı zəlzələ nəticəsində üç mindən artıq insanın həlak olması, yüzlərlə sakinin ağır yaralanması Azərbaycan kinematoqrafçılarının da dərin kədərinə səbəb olub.

      Azərbaycan  Respublikası  Kinematoqrafçılar  İttifaqının İdarə Heyəti,  İttifaqın üzvləri faciə ilə bağlı türk xalqına, həlak olmuş vətəndaşların ailə üzvlərinə, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirlər.

      Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse - prezident Mehriban xanım Əliyevanın baş vermiş dəhşətli hadisədən dərhal sonra, operativ olaraq qardaş ölkəyə yüksək səviyyədə dəstək göstərməsi bir daha sübut edir ki, Azərbaycan həmişə olduğu kimi yenə də, bu çətin və əzablı günlərdə də Türkiyənin yanındadır.