ARKI-nin növbəti açıqlaması

15:22 - 26 Yanvar 2023

Məlumat üçün bildiririk ki, ARKİ-nin əməkdaşı olmuş Əli Vəliyev cəmiyyətimizin həssas olan təbəqəsinin, yəni şəhid ailələrinin adını hallandırararq 25.01.2023-cü il tarixdə növbəti dəfə həqiqətə uyğun olmayan məlumat təqdim etmişdir.

ARKİ-nin mühasibatlıq sənədlərinə əsasən 19.10.2020-ci il tarixdə ARKİ-nin üzvləri tərəfindən könüllülük prinsipi əsasında yığılan 2220 AZN nəğd vəsait Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hesabına köçürülmüşdür.

Qeyd edilən vəsait nəğd üsulla ARKİ-nin hesabına mədaxil edilmiş və ARKİ-nin hesabından əlavə vəsait ayrılmaqla ümumilikdə 5000 AZN məbləğində vəsait Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hesabına köçürülmüşdür.

Əli Vəliyev tərəfindən təqdim edilən qərəzli məlumatlar hüquqi qiymət verilməsi üçün araşdırma materiallarına əlavə edimişdir.

25.01.2023-cü il tarixli məqalədə “üzr istəyib sözlərimi geri götürəcəyəm” sözü ilə əlaqədar bildiririk ki, həqiqətə uyğun olmayan məlumat təqdim etdiyi üçün şəhid ailələrindən üzr istəməyi təklif olunur.   

 

 

ARKİ – nin Hüquq xidməti