Dekabrın 31 – də tanınmış kino – operator və fotoqraf, SSRİ Dövlət Mükafatı Laueratı, Əməkdar incəsənət xadimi Rafiq Əli oğlu Qəmbərovun 75 yaşı tamam olur.
ARKİ – nin sədri Şəfiqə Məmmədova və İdarə Heyətinin üzvləri əlamətdar yubileyi münasibəti ilə Rafiq Qəmbərovu təbrik edir, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırlar.
Təbrikdə vurğulanır ki, 1971 – ci ildə Moskvada Umumittifaq Dövlət Kinematoqrafiya İnstitunu bitirdikdən sonra Rafiq Qəmbərov Azərbaycanfilm kinostudiyasında quruluşçu operator və fotoqraf – rəssam kimi fəaliyyət göstərib. Bir müddət Azərbaycan Fotoqraflar Birliyinə rəhbərlik etmiş Rafiq Qəmbərov zəngin yaradıcılıq fəaliyyətinə görə 2018 – ci ildə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.