Tanınmış rejissor Zəfər Murtuzovun 70 illik yubileyidir - FOTO

15:48 - 25 İyul 2022

Tanınmış rejissor Zəfər Murtuzovun 70 illik yubileyidir.

 

Arki.az xəbər verir ki, o 1952-ci ildə Cəlilabad rayonunda anadan olub.

 

1971-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1977-ci ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti kimi fəaliyyətə başlayıb, sonralar bir sıra filmlərin ikinci rejissoru olub.
Bir sıra məşhur filmlərimizdə rejissor kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.


Ailəlidir. bir qızı və bir oğlu var. 1 avqust 2018-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə, "Tərəqqi" medalı ilə təltif edilmişdir.

İttifaqın İdarə heyəti Zəfər Murtuzovu 70 illik yubileyi münasibətiylə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı arzulayır.