"Şuşa - qürurum mənim!" ssenari müsabiqəsində yaş senzi ləvğ olundu vaxt uzadıldı

12:29 - 5 İyul 2022

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı "Şuşa - qürurum mənim!" devizi ilə ssenari müsabiqəsi elan edib.

 

İttifaqın Mətbuat xidməti xəbər verir ki, qrumun İdarə heyətinin qərarı ilə müsabiqənin şərtlərində müəyyən dəyişiklik edilib və vaxtı uzadılıb.
“İndiyə qədər yaşı 18-30 olan şəxslər müsabiqəyə ssenari təqdim edə bilərdisə, indi yaş məhdudiyyəti yoxdur, hər kəs ssenari təqdim edə bilər. Müsabiqənin vaxtı isə 20 oktyabra qədər uzadılır. Nəticələr isə 8 Noyabr Zəfər Günü ərəfəsində elan olunacaq.


Digər şərtlər isə olduğu kimi qalır.

- Bütün şəxslər müsabiqəyə ssenari təqdim edə bilər.
- Müsabiqəyə bədii, qıssametrajlı film ssenariləri qəbul olunur.
- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır.
- Ssenari orijinal, yəni ekranlaşdırılmamış olmalıdır.
- Ssenarilər müsabiqəyə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.
- Şrift "Courier New", ölçü 12 tələb olunur.
- Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.
- Müəllif ssenari ilə birgə tərcümyi-hal, şəxsiyyət vəsiqəsi və iki foto şəkil təqdim etməlidir.
- Hər bir müəllif 1( bir ) ssenaridən artıq təqdim edə bilməz.
- Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.


Ssenarilər Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir.(Ünvan: Bakı ş. Bülbül pr, 18-30, 2-ci mərtəbə).
Müsabiqənin peşakar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir. Münsiflər heyəti ssenariləri məxfi seçim yolu ilə qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq. Ssenarilərin ekranlaşdırılması nəzərdə tutulur.


1-ci yer - 2500 manat
2-ci yer - 1800 manat
3-cü yer - 1000 manat


Həvəsləndirici mükafatlar da nəzərdə tutulur.


Əlaqə üçün telefon nömrələri: (012) 493-64-76, (012) 493-64-78.