Nizami Kino Mərkəzində tanınmış kinoşünas və rejissor, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Ayaz Salayevin “ Torpaq ” filminin premyerası keçiriləcək.
Arki.az xəbər verir ki, tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Salnamə” studiyasıdır.
Tədbir İyunun 14 - də saat 19:00 - da Nizami Kino Mərkəzində baş tutacaq və bütün kinematoqrafçılar və tamaşaçılar dəvətlidirlər.