Respublika Kinematoqrafçılar İttifaqının Novruz Bayramı təbriki

13:20 - 18 Mart 2022

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Şəfiqə Məmmədova və İttifaqın İdarə Heyətinin üzvləri xalqımız üçün çox əziz olan Novruz Bayramı münasibəti ilə soydaşlarımızı və ölkə kinematoqrafçılarını səmim – qəlbdən təbrik edir, onlara yeni – yeni uğurlar arzulayırlar.

 

Qarşıdakı dövrdə biz kinematoqrafçıların qarşısında olduqca mühüm işlər dayanır. Azərbaycanın zəfər tarixinin, xalqımızın həyatın bütün sahələrində qazandığı nailiyyətlərin kinolentin yaddaşında əbədiləşdirilməsini, bütün çətinliklərə baxmayaraq milli filmlərimizin dünya miqyasında tanıdılmasını  kinematoqrafçıların doğma işinə çevrilməli olduğunu vurğulayır. 


Bayram təbrikində ölkə kinematoqrafçılarına və onların ailələrinə möhkəm can sağlığı, uzun ömür, əsil bayram təravəti, rifah içində,  xoşbəxt həyat sürmələrini arzulayır.