Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni ÜNVANDA

13:01 - 3 Mart 2022

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni ünvanda

 

Arki.az bildirir ki, 3 il əvvəl – 2019 – cu il mart ayının 1 – də Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşü dövlət başçısının yaradıcı insanlara dərin hörmətinin, diqqət və qayğısının parlaq nümunəsi kimi yaddaşlarda yaşayır. Bu görüş Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı üçün də xüsusilə əlamətdar hadisəyə çevrilib.  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovanın müraciəti ilə cənab Prezident Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı üçün yeni bina ayrılması barədə tapşırıq vermişdi. Bu əsasla Azərtac – ın əvvəl yerləşdiyi binanın 2 – ci mərtəbəsi bütövlükdə ölkədə kino sənətinin inkişafında mühüm xidmətləri olan bu təşkilata ayrılmışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün kino ictimaəti adından bu qayğıkeş addımına görə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirərək qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2022 – ci ilin əvvəlindən həmin ünvanda – Bülbül prospekti 18/30 – da məskunlaşıb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından bildiriblər ki, cənab Prezidentin bu qayğısına cavab olaraq kino xadimləri bundan sonra da ölkədə gedən ictimai – siyasi proseslərə, Azərbaycan Kinosunun daha da inkişaf etdirilməsinə, filmlərimizin bütün dünyada tanıdılmasına layiqli töhfələr verəcəklər. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı öz fəaliyyətini uğurla davam etdirmək üçün  bir sıra təşkilati və texniki tədbirlər həyata keçirmək və bu ünvanı əsl yaradıcılıq məkanına çevirmək niyyətindədir.  

Bir sözlə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni ünvanda yeni yaradıcılıq uğurlarına imza atmaq iddiasındadır.

Maraqlananlar və təəssübkeşlər üçün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının telefon nömrələrini və email ünvanını xatırladırıq.


e-mail: [email protected]

Tel: (+994 12) 493 – 64 – 76 
Faks: ( +994 12 ) 493 – 64 – 71
Mob: ( +994 50 ) 500 – 45 - 40