Preizdent İlham Əliyevin 60 illik yibileyidir

12:18 - 23 Dekabr 2021


                                                                  
                                                                 Azərbaycan Respublikasının Prezidenti, 
                                                                cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident,
Dekabrın 24 – ü yalnız çox hörmətli Əliyevlər ailəsi üçün deyil, Sizi qəlbən sevən, dəyərləndirən, etimad, etibar və güvənc ünvanı bilən hər bir Azərbaycanlı ailəsi, 40 milyondan artıq azərbaycanlı üçün əlamətdar bir tarixdir. 
Siz ölkəmizə rəhbərlik etdiyiniz 18 il ərzində Azərbaycanın sosial – iqtisadi və mədəni inkişafı ilə bağlı misli görünməmiş uğurlara imza atmısınız. 
2020 – ci il Sizin və bütövlükdə doğma Azərbaycanımızın çoxəsrlik taleyinə Şərəf və Zəfər ili  kimi yazıldı. Cəmi 44 gün ərzində məhz Sizin təkrarsız siyasi, diplomatik və dövlətçilik fəaliyyətiniz sayəsində  Vətənimiz Müzəffər Ordumuzun gücü ilə Böyük və Şanlı Qələbənin sevincini yaşadı. Məhz bütün bunlara görə hər birimiz Azərbaycan vətəndaşı olaraq Sizə minnətdarıq, cənab Prezident!

Əziz və hörmətli cənab Prezident 
Azərbaycan kinematoqrafçıları olaraq daim Sizin yanınızdayıq və həyata keçirdiyiniz islahatları ürəkdən dəstəkləyir və alqışlayırıq. Ölkəmizdə baş verən yeniliklərin, qazanılan nailiyyətlərin kinolentin yaddaşına köçürülməsi və salnamələşdirilməsi üçün bütün yaradıcılıq potensialımızdan səmərəli istifadə etməyə hazırıq, cənab Prezident, buna əmin ola bilərsiniz.


Möhtərəm cənab Prezident,
60 illik yubileyiniz münasibəti ilə Sizi  ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, siyasi və dövlətçilik fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Hər birimiz üçün gün kimi aydındır ki, doğma Azərbaycanımızın daha xoşbəxt gələcəyi məhz Sizin adınızla bağlıdır.

Tanrı Sizi və ailənizi qorusun!
Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla:
Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqı
İdarə heyəti adından      
                                                           


  Azərbaycan  Respublikası  Kinematoqrafçılar
  İttifaqının sədri, SSRİ və Azərbaycan Dövlət
  Mükafatları  laureatı
  Professor                                                                                           Şəfiqə Məmmədova