00:00 - 1 Avqust 2016

Dünən Xəzərin sahilində müasir premium kinoteatrının açılışı olub. “CinemaPlus Amburan” adlanan yeni kinoteatr Bilgəh qəsəbəsində “Amburan Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşir.

 Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, Kinoteatr zalları İspaniya istehsalı olan yüksək keyfiyyətli rahat kreslolarla təchiz edilən “CinemaPlus Amburan”, 164 yerdən və 3 zaldan ibarətdir. Tamaşaçılar VİP zalda şəxsi masalı kreslolarda film izləmək, kinoseans zamanı qida və içkilər sifariş etmək şansını əldə edə biləcəklər.

Həmçinin kinoteatrda “Master İmage 3D” texnologiyası tətbiq olunur.

 

Qeyd edək ki, may ayında Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə “CinemaPlus Khamsa” kinoteatrının açılışı olub. Kinoteatr Nizami 8 ünvanında, “Xəmsə Park” ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

“CinemaPlus 28 Mall” isə Bakı şəhəri, Azadlıq prospekti 45 ünvanında, “28 Mall” ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Daha ətraflı məlumat əldə etmək məqsədilə İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin.

 

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8 

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus