Deni Vilnyovun “Dune” filmi 14 nominasiyada “Oskar”a namizəddir 

14:30 - 17 Noyabr 2021

“Warner Bros. Entertainment, Inc.” Şirkətinin rəsmi saytında verilən məlumata əsasən şirkət Deni Vilnyovun “Dune” filmini 14 nominasiyada “Oskar” mükafatına namizəd təqdim edib.  


Timoti Şalame “Ən yaxşı kişi rolu”,  Deni Vilnyov isə “Ən yaxşı rejissor” nominasiyasında namizəd olub. Nominasiya üzrə namizədlərin siyahısına isə Rebekka Ferguson, Şeron Dunkan-Brüster, Zendaya, Oskar Ayzek, Ceyson Momoa, Deyv Bautista və digərləri daxil edilib.


“Dune” filminin namizəd ola biləcəyi nominasiyaların tam siyahısını təqdim edirik:


•     “Ən yaxşı film”
•    “Ən yaxşı rejissor”
•    “Ən yaxşı uyğunlaşdırılmış ssenari”
•    “Ən yaxşı kişi rolu”
•    “Ən yaxşı ikinci plan qadın rolu”
•    “Ən yaxşı ikinci plan kişi rolu”
•    “Ən yaxşı operator işi”
•    “Ən yaxşı kostyum dizaynı”
•    “Ən yaxşı quruluşçu rəssam”
•    “Ən yaxşı qrim və saçdüzümü” 
•    “Ən yaxşı səs”
•    “Ən yaxşı montaj”
•    “Ən yaxşı vizual effektlər”
•    “Ən yaxşı saundtrek”


Filmin daxil olacağı kateqoriyalar Amerika Kino Akademiyasının üzvləri tərəfindən seçiləcək. “Oskar” mükafatlandırma mərasimi 27 mart 2022-ci il tarixində baş tutacaq. 
Finlandiya Kino Palatası xəbər verir ki, Finlandiya Rusiya ilə birgə istehsalı olan “Kupe № 6” (Hytti nro 6) filmini “Oskar” mükafatına  namizəd təqdim edib.